Modern.az

Yanğın baş verən məktəbdə tədris bərpa olundu

Yanğın baş verən məktəbdə tədris bərpa olundu

10 Yanvar 2022, 09:24

Bakıda ötən həftə yanğın baş verən 84 nömrəli tam orta məktəbdə tədris ənənəvi qaydada davam edir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, məktəbin işıq, su və istiliklə təminatı normaldır.

 

Qeyd edək ki, yanvarın 7-də baş verən yanğın səbəbindən məktəbdə tədrisin bir günlük distant qaydada təşkili zərurəti yaranmışdı.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama