Modern.az

Şagirdləri döyən direktorun izahatı ALINDI

Şagirdləri döyən direktorun izahatı ALINDI

10 Yanvar 2022, 10:34

Şagirdlərlə uyğunsuz davranışı ilə gündəmə gələn məktəb direktorunun izahatı alınıb. 

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədova izahatı alınıb.


Şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntüsü yayılan direktor barəsində Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən araşdırma aparılıb: 


“Tərəflərin izahatları alınıb. Məlum olub ki, məktəbin IX sinif şagirdləri mütəmadi olaraq dərs davamiyyətinə əməl etmirlər. Həm gün şagirdlər məktəbin ikinci mərtəbəsindən düşərək dərsdən yayınmağa çalışıblar. Məktəb rəhbərliyi tərəfindən onlar intizama dəvət ediliblər. Yaranan mübahisədə xəsarət və digər təhqir elementi yoxdur. Şagird və valideynlərlə söhbət aparılıb, onların heç bir şikayətlərinin olmadığı bildirilib”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama