Modern.az

Türkiyə Qazaxıstana uçuşları bərpa edir

Türkiyə Qazaxıstana uçuşları bərpa edir

11 Yanvar 2022, 13:10

Türkiyənin "Türk Hava Yolları" aviaşirkəti yanvarın 13-dən Qazaxıstana uçuşları bərpa edəcək.

 

Modern.az-ın məlumatına görə, bunu şirkətin baş direktoru Bilal Ekşi "Twitter" səhifəsində yazıb.

 

"Yanvarın 13-dən Nur-Sultana, yanvarın 14-dən Aktauya, yanvarın 15-dən Türküstana uçuşlar başlayacaq" - deyə o bildirib.

 

Qeyd edək ki, Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyi Nur-Sultan şəhərinə "Lufthansa" və "Türk Hava Yolları" istisna olmaqla digər aviaşirkətlərin uçuşları bərpa etdiyini açıqlamışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama