Modern.az

Hansı psixoloq aşağı maaşla məktəbdə işləyər?

Hansı psixoloq aşağı maaşla məktəbdə işləyər?

Təhsil

12 Yanvar 2022, 14:59

“Məktəblərdə psixoloq sayı yetərli deyil. Təsəvvür edin psixologiya fakültəsini yüksək səviyyədə bitirən, xarici ölkələrdə təlimlərdə olan gənc, aşağı maaşla məktəbdə psixoloq işləməyə razı ola bilər?”

 

Bu fikirləri Modern.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova son günlər məktəblərdə baş verən olaylarda müəllim-şagird münasibətlərindəki psixoloji məqamlarla bağlı danışarkən deyib.

 

Onun sözlərinə görə, məsələlər sistematik olaraq bir-birinə bağlıdır:

 

“Psixoloji iş individualdır. Travması üzdə, dərində olan müxtəlif uşaqlar var. Onlarla işləmək zaman tələb edir. Bizim buradakı tələbimiz məktəblərdə psixoloq sayının artırılması ilə yanaşı, təhsildə individual, inkluziv yanaşmanı tətbiq etməkdir. İndiki gənclik fərqlidir. Yaşa görə onların informasiya alma üsulu ilə bizim informasiya qəbul etmə üsullarımız fərqlidir. Biz də psixoloqları, yanaşmanı o yeniyetmələrin yanaşmasına uyğunlaşdırmalıyıq. Əks təqdirdə, klassik üsulla heç nə əldə edə bilməyəcəyik. Bizi narahat edən məsələ budur”.

 

G.Səfərova bildirib ki, indiki problemlər 15-20 il öncə sistemdəki boşluqdan yarananlardır:

 

“Əsas odur ki, indi bu problemləri həll etmək niyyəti var. Hansısa məsələnin üstünü örtməyə çalışmırlar. Fəaliyyət planımızda məktəblərdə görüşlər, imtahanlara nəzarətin keçirilməsi, universitetlərdə keçirilən imtahanların monitorinqi, təsadüfən seçilmiş məktəblərdə görüşlər olacaq”.

 

İctimai Şura sədri qeyd edib ki, məktəblərdə psixoloqların uşaqlarla görüşü təşkil edilməlidir:

 

“İctimai Şuranın fəaliyyət planında məktəblərdə monitorinq salınıb. İlk dəfə nazirliklə birlikdə bəzi psixoloji diaqnostika testlərinin keçirilməsi və uşaqlar arasında yaranan şiddətin hesabatı hazırlanıb. Məktəblərdəki psixoloq fəaliyyəti ilə bağlı ayrıca təkliflərimiz var”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?