Modern.az

Elşad Abdullayev yeni VİDEO yaydı

Elşad Abdullayev yeni VİDEO yaydı

25 Dekabr 2012, 09:49

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev "Azadlıq"a yeni video göndərib.
Video Elşad Abdullayevlə Rövşanə adlı qadının söhbətini əks etdirir.    

Elşad Abdullayev əvvəlki müraciətlərində bu qadının adını hallandırıb. Bildirib ki, onu iş adamı Arzu Kazımovla məhz bu qadın tanış edib. Rövşanə sabiq rektoru əmin edib ki, qardaşı Mahir Abdullayevin tapılmasında Arzu Kazımov ona yardımçı ola bilər. Elşad Abdullayevin iddialarına görə, Kəmaləddin Heydərovun anası Hacı Simuzər xanımın adı ilə onunla danışan da Rövşanə olub. Rövşanə isə “Azadlıq”a açıqlamasında Elşad Abdullayevin iddialarını təkzib edərək Mahir Abdullayevin işilə bağlı hər hansı fəaliyyəti olmadığını bildirmişdi.

Bu video isə Rövşanənin söylədiklərinin əksini göstərir.



Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək