Bağçadakı şiddət görüntülərini çəkən kollec tələbəsinin təhsil müəssisəsindən çıxarılması yanlış məlumatdır.
Bu barədə Modern.az-a tələbənin təhsil aldığı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecindən məlumat verilib. Kollecdən bildirilib ki, həmin tələbə hazırda dərsdədir.
Kollecdən verilən məlumatda o da qeyd edilib ki, uşaq bağçasında şiddətə məruz qalan uşağın atası həmin kollecdə işləmir.
Qeyd edək ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə videogörüntüləri sosial şəbəkələrdə yayımlayan tələbənin azyaşlının atası tərəfindən təhsil aldığı kollecdən qovulduğunu bildirib. K. Ağazadənin məlumatına görə, azyaşlının atası İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyevdir.
Onu da qeyd edək ki, görüntüləri çəkən tələbə iddia edildiyi kimi İsmayıllı Peşə Tədris Mərkəzində deyil, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində təhsil alır.