Modern.az

Səidə Qocamanlı: “Gözləyirik ki, prezidentə təqdim etdiyimiz siyahıda olanlar azadlığa buraxılacaq”

Səidə Qocamanlı: “Gözləyirik ki, prezidentə təqdim etdiyimiz siyahıda olanlar azadlığa buraxılacaq”

Təhsil

26 Dekabr 2012, 10:17

“Biz gözləyirik ki, monitorinq qrupunun siyahısında və prezidentə təqdim etdiyimiz siyahıda olanlar azadlığa buraxılacaq. Sözsüz ki, buna görə də bir neçə gündür ki, biz böyük bir ümidlə yaşayırıq”. Bunu Modern.az-a hüquq müdafiəçisi Səidə Qocamanlı prezidentin yaxın günlərdə imzalayacağı əfv fərmanı ilə bağlı danışarkən deyib.

“İstər siyasi motivlərlə, istərsə də adi cinayət üstündə,  artıq davranışına görə tutulan , və yaxud da cəza müddətinin böyük bir hissəsini oturduğuna görə azadlığa çıxan hər bir şəxs bilirəm ki, bizim üçün çox dəyərlidir. Çünki Yeni İl ərəfəsində azadlığa çıxma və öz ailəsinə qovuşmaq böyük bir xoşbəxtlikdir. Biz də bunu gözləyirik. Biz gözləyirik ki, Apelyasiya Məhkəməsi tərəfindən Nigar Yaqublunun həbs-qəti imkan tədbiri dəyişdiriləcək”, – deyə Səidə Qocamanlı qeyd edib.

Şahanə Rəhimli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək