Modern.az

Təhsil Nazirliyi bağça müdirləri ilə bağlı QƏRAR VERDİ

Təhsil Nazirliyi bağça müdirləri ilə bağlı QƏRAR VERDİ

18 Yanvar 2022, 16:47

Təhsil Nazirliyi tərəfindən uşaq bağçalarının müdirləri barədə müsbət qərar verilib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, məktəbəqədər təhsil müəssisəsinin çalışmanın yaş həddinə çatmış müəssisə rəhbərləri və pedaqoji işçiləri ilə bağlanmış əmək müqaviləsinin müddətinin 30 iyun 2022-ci il tarixinədək uzadılması barədə nazirlik tərəfindən rəsmi qərar verilib.

 

Qeyd edək ki, müqavilə müddətinin uzadılması yaş həddinə çatmış şəxslərin razılığı əsasında aparılacaq. Xatırladaq ki, 20 dekabr 2021-ci il tarixindən etibarən müvafiq sərəncama əsasən, dövlət məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama