Modern.az

I-IV və V qruplar üzrə qəbul imtahanlarının tarixi AÇIQLANDI

I-IV və V qruplar üzrə qəbul imtahanlarının tarixi AÇIQLANDI

Təhsil

26 Yanvar 2022, 09:44

Dövlət İmtahan Mərkəzi (DİM) əvvəlki illərin məzunları üçün ali məktəblərə I-IV və V qruplar üzrə keçiriləcək qəbul imtahanlarının tarixini açıqlayıb.

DİM-dən Modern.az-a verilən məlumata görə, I-IV qruplar üzrə qəbul imtahanlarının 1-ci mərhələsi və V qrup üzrə qəbul imtahanı 2-3 apreldə keçiriləcək.

 DİM-dən bildirilib ki, I-IV qruplar deyərkən I, II, III və IV qruplar nəzərdə tutulur.

Eyni zamanda, 11 illik təhsil bazasından kolleclərə qəbul imtahanları da həmin tarixlərdə - 2-3 apreldə keçiriləcək.

İmtahanda iştirak etmək üçün qeydiyyat tarixləri müəyyən olunan kimi məlumat veriləcək”,- DİM bəyan edib.

Qeyd edək ki, əvvəlki illərin məzunları öz elektron ərizələrində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verəcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama