Təhsil azad olunmuş Qarabağdır, açılacaq Zəngəzur dəhlizidir, VƏTƏNDİR...

Təhsil

27 Yanvar 2022, 12:30

Elşad EYVAZLI

Təhsil nədir, bilirsinizmi?
 

Məzunu olduğunuz məktəbin yanından keçəndə hansı hissləri keçirirsiniz?

Əlinizdən tutub sizə hərfləri öyrədən müəllimlərinizi necə xatırlayırsınız?

Orta məktəb yoldaşlarınızla qarşılaşanda nəyi müzakirə edirsiniz? 

Hərənin fərqli cavabı ola bilər.

Ancaq hər bir halda normal düşüncəli adam üçün məktəb də, sinif yoldaşı da, müəllimi də doğmadır, müqəddəsdir. 

Təhsil kimdir, bilirsinizmi? 

Torpaqlarımızı işğaldan azad edən ƏSGƏR.

Səni xaricdə təmsil edən DİPLOMAT.

Milli kimliyin, təhlükəsizliyin.

Ən nəhayət, çağdaş dünyamızda düşməni yenəcəyin gücdür, TƏHSİL...

Bu gün hay-küylə, məqsədli şəkildə təhsilin üstünə qarğa-quzğun kimi tökülən qüvvələr var. Əslində o qüvvələr sənin müəlliminə, məktəbinə, əsgərinə, diplomatına, sənin kimliyinə, təhlükəsizliyinə düşməndirlər.

Sən onlara qoşulmaqla, özünə düşmənçilik edirsən...


Müəllim şagirdə əl qaldırmalı deyil, bu, ən azından yanlışdır...

Şagird dərsdə şuluqluq etməməlidir, bu, ən azından tərbiyəsizlikdi...

Amma, ölkədə təhsil alanlarla təhsil verənlərin sayını bilirsiniz, az qala ölkənin yarısıdır onlar...

Bu böyüklükdə camiyyənin dəlisi də olacaq, tərbiyəsizi də, cinayətkarı da... Dünyanın hər yerində belədir...

Kimdi Azərbaycanda müəllim, sənin qardaşın, o birinin atası, digərinin həyat yoldaşı, xalası oğlu, əmisi qızı, mənim övladım... Kosmosdan gətirməyiblər ki...

Kimdir Azərbaycanda təhsil alanlar, yenə də sənin, mənim, bizim doğmalarımız... Kosmosdan gəlməyiblər ki...

O zaman kimə lağ edirik, nəyi müzakirəyə çıxarırıq, kimə gülürük...

Özümüzə...

İndi kiminsə xahişi yerinə yetirilməyib, marağı təmin edilməyib deyə, təhsilə daş atırsa, bu, iyrənclikdi, nadanlıqdı, əxlaqsızlıqdı...

Təhsili idarə edənlər bunu açıq deyə bilmirlərsə, yekə-yekə danışmaqla deyil, demək ki, gözləri kölgəlidi...

Təhsili “JEK” kimi idarə etmək də bu millətə düşmənçilikdi...

Təhsil, işğaldan yenicə azad olunmuş Qarabağdır...

Təhsil, açılacaq Zəngəzur dəhlizidir...

Təhsil VƏTƏNDİR...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“Qardaş yumruğu” İranı qorxuya saldı