Modern.az

“Qırmızı” diplomun heç bir üstünlüyü yoxdur - REKTOR

“Qırmızı” diplomun heç bir üstünlüyü yoxdur - REKTOR

27 Yanvar 2022, 15:08

UNEC rektoru Ədalət Muradov universitet məzunlarına “qırmızı” diplom verilməsi ənənəsilə bağlı fikirlərini bildirib.

 

Modern.az-ın məlumatına görə, rektor bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

 

“Sovet dönəmində müəyyən tələblərə cavab verən məzunlara “qırmızı” (fərqlənmə) diplom verilirdi. Qırmızı rəngin də xüsusi mənası vardı. Eləcə də, “qırmızı” diplom digərlərilə müqayisədə onun sahiblərinin daha üstün olduqlarını göstərirdi. Bu gün “qırmızı” diplom əmək bazarında heç bir üstünlük təmin etmir. Vərdiş və bacarıqlar əvəzinə qiymətlər uğrunda tələbələrdə yanlış motivasiya yaradır. Amma buna baxmayaraq hələ də “qırmızı” diplom verilir”, - deyə rektor bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama