Modern.az

Nazirlik yanvar ayının hava proqnozunu açıqladı

Nazirlik yanvar ayının hava proqnozunu açıqladı

30 Dekabr 2012, 14:18

Azərbaycanda 2013-cü ilin ilk ayının hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a məlumata görə, yanvar ayında havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Lakin ayın ikinci yarısında temperatur normadan bir qədər aşağı enəcək. Yağıntıların respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın birinci yarısında orta sutkalıq temperatur 4-8 dərəcə, ikinci yarısında isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Gecələr ayın birinci yarısında 1-4 dərəcə isti, ayın ikinci yarısında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5 dərəcəyədək şaxta olacağı gözlənilir. Gündüzlər ayın birinci yarısında 4-9 dərəcə, ayın ikinci yarısında 2-6 dərəcə isti, bəzi günlərdə isə 0-2 dərəcə şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 0-3 dərəcə şaxta təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın birinci yarısında orta sutkalıq temperatur 0-5 dərəcə isti, ikinci yarısında isə 0-5 dərəcə şaxta təşkil edəcək. Gecələr temperatur 3-8 dərəcə şaxta, bəzi günlərdə 13-18 dərəcə şaxta təşkil edəcək. Gündüzlər ayın birinci yarısında 2-7 dərəcə isti, bəzi günlərdə 9 dərəcədək isti, ayın ikinci yarısında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 3-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-25 mm), bəzi günlərdə isə normadan bir qədər çox olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 0-3 dərəcə şaxta təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın birinci yarısında orta sutqalıq temperatur 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, ayın ikinci yarısında isə 1-6 dərəcə şaxta təşkil edəcək. Gecələr ayın birinci yarısında 1-3 dərəcə şaxta, ayrı-ayrı günlərdə 10 dərəcəyədək şaxta, ayın ikinci yarısının bəzi günlərində isə 13-18 dərəcə şaxta olacağı gözlənilir. Gündüzlər ayın birinci yarısında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, ayrı-ayrı günlərdə 4 dərəcəyədək şaxta, ayın ikinci yarısının bəzi günlərində isə 5-7 dərəcə şaxta olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 16-24 mm) olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 1-3 dərəcə isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın birinci yarısında orta sutqalıq temperatur 1-6 dərəcə isti, ayın ikinci yarısında isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Gecələr ayın birinci yarısında 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 4-8 dərəcə şaxta olacağı gözlənilir. Gündüzlər ayın birinci yarısında 3-8 dərəcə isti, ayrı-ayrı günlərdə 12 dərəcəyədək isti, ayın ikinci yarısında 0-5 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 10-32 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın birinci yarısında orta sutkalıq temperatur 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, ayın ikinci yarısında isə 1-6 dərəcə şaxta təşkil edəcək. Gecələr ayın birinci yarısında 1-6 dərəcə şaxta, ayrı-ayrı günlərdə 3 dərəcəyədək isti, ayın ikinci yarısında bəzi günlərdə 8-13 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə temperatur 20-25 şaxta təşkil edəcək.

Gündüzlər ayın birinci yarısında 1-5 dərəcə isti, ayrı-ayrı günlərdə 10 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 0-5 dərəcə şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 22-49 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Ayın ikinci yarısında orta sutqalıq temperatur 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Gecələr ayın birinci yarısında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, ayrı-ayrı günlərdə 5 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 2-5 dərəcə şaxta təşkil edəcək.

Gündüzlər ayın birinci yarısında 4-9 dərəcə isti, ayrı-ayrı günlərdə 12 dərəcəyədək isti, ayın ikinci yarısında 1-6° dərəcə isti, ayrı-ayrı günlərdə 3 dərəcəyədək şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-30 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutqalıq temperatur 0-3 dərəcə isti, dağlarda 2-7 dərəcə şaxta təşkil edəcək. Gecələr ayın birinci yarısında 1-5 dərəcə isti, ayın ikinci yarısının bəzi günlərində 4 dərəcəyədək şaxta, dağlarda 10-15 şaxta olacağı gözlənilir. Gündüzlər ayın birinci yarısında 4-9 dərəcə isti, ayrı-ayrı günlərdə 12 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 63-98 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...