Modern.az

Ucarda şagird damarını kəsdi - Nazirlik məsələni ARAŞDIRIR

Ucarda şagird damarını kəsdi - Nazirlik məsələni ARAŞDIRIR

Təhsil

31 Yanvar 2022, 12:37

Ucar rayonunun Qaradağlı kənd məktəbində kənd sakini, 13 yaşlı Z.Ə.-nin (qız) sinif yoldaşı N.D. (qız) tərəfindən təhqir edilməsi və döyülərək xəsarətlər yetirməsi barədə məlumat yayılıb. Məlumata görə, bu hadisədən sonra Z.Ə. intihara cəhd edib və bilək nahiyəsini kəsib.

 

Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ araşdırılır, nəticəsi barədə ictimaiyyətə məlumat evriləcək.

 

Qeyd edək ki, faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

 

Bəzi KİV-lərdə yer alan məlumatalara əsasən, Z.Ə. bir deyil, bir neçə şagird tərəfindən təhqirə məruz qalıb.

 

İddialara görə, N.D.-nın digər uşaqları da öyrətməsi nəticəsində onların bir qismi Z.Ə.-yə qarşı müəyyən xoşagəlməz hərəkətlər ediblər.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama