Xəbər verdiyimiz kimi, Türkiyə və Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsinin təsdiqlənməsinə dair qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.
Modern.az bildirir ki, TBMM-nin sədri Mustafa Şentopun imzası ilə parlamentə təqdim olunan qanun layihəsi təklifinin işlənilməsi Xarici İşlər Komissiyasına həvalə edilib.
Məlumata görə, TBMM-nin Xarici İşlər Komissiyası qanun layihəsi təklifini fevralın 3-də müzakirəyə çıxaracaq.
Qeyd edək ki, Azərbaycan Milli Məclisi “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini fevralın 1-də təsdiqləyib.