Modern.az

Yanvarda 261 müəllim işə qəbul olunub

Yanvarda 261 müəllim işə qəbul olunub

Təhsil

2 Fevral 2022, 12:36

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə yanvar ayı ərzində əlavə yerləşdirmə mərhələsi həyata keçirilib.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən xəbərə görə, nəticələrə əsasən, müvafiq vakansiyalara 261 nəfər işə qəbul olunaraq müəllim kimi fəaliyyətə başlamaq imkanı əldə edib. Cari tarixədək müəllimlərin işə qəbulu müsabiqəsi üzrə işə qəbul olunan namizəd sayı ümumilikdə 9975 nəfər olub.

 

Qeyd edək ki, əlavə yerləşdirmə namizədlərin imtahan nəticəsi və faktiki yaşayış yerinə əsasən həyata keçirilir və tədris ili ərzində vakant yer yarandıqca davam etdiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama