Modern.az

Magistraturaya sənəd verənlərin sayı açıqlandı

Magistraturaya sənəd verənlərin sayı açıqlandı

2 Fevral 2022, 18:23

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd verənlərin sayı açıqlanıb.

 

Modern.az-ın DİM-in saytına istinadən verdiyi məlumata görə, bu gün saat 17:35-ə qədər 1553 nəfər ərizəsini təsdiqləyib. Bunlardan 1710-u Azərbaycan, 157-si isə rus bölməsi üzrədir.

 

Qeyd edək ki, 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbuluna fevralın 1-dən başlayıb. Sənəd qəbulunun fevralın 10-da başa çatması nəzərdə tutulub.

 

Magistraturaya qəbul imtahanı isə fevralın 20-də keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama