Modern.az

Daha iki məktəb koronavirusa görə BAĞLANDI

Daha iki məktəb koronavirusa görə BAĞLANDI

Təhsil

3 Fevral 2022, 18:34

Bakıda 20 nömrəli məktəb-liseyin fəaliyyəti fevralın 4-dən distant təhsil formasında davam etdiriləcək.

 

Modern.az xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı məktəb-liseydə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.

 

Rəsmi qərara əsasən, paytaxtdakı 177 nömrəli tam orta məktəb də distant tədrisə keçib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama