Modern.az

56 mindən çox tələbə təhsil krediti ala bilər

56 mindən çox tələbə təhsil krediti ala bilər

Təhsil

7 Fevral 2022, 11:39

"Hazırda 56 208 nəfər təhsil tələbə krediti almaq hüququna malikdir". 

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev məlumat verib.

 

O qeyd edib ki, ümumilikdə ali məktəbdə semestr üzrə ortalama göstəricisi 71 baldan yuxarı olan tələbənin təhsil tələbə kreditindən istifadə hüququ var:

 

"Təhsil tələbə krediti manatla verilir. Sosial tələbə kreditindən ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin, 3-cü dərəcə əlilliyi olanlar, hər iki və ya tək valideyni 1-ci və 2-ci dərəcə əlilliyi olanlar, işsiz kimi qeydiyyatda olanlar, yaşa görə əmək pensiyası alanlar, yaşa görə sosial müavinət alanlar istifadə edə bilirlər".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama