Modern.az

Akademiyanın Mərkəzi Kitabxanası ilin sonuna hazır olacaq

Akademiyanın Mərkəzi Kitabxanası ilin sonuna hazır olacaq

9 Yanvar 2013, 11:07

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının yeni binası ilin sonuna hazır olacaq. Bu barədə Modern.az-a hazırda tikintisi gedən kitabxanadan məlumat verilib: “Dəqiq bilinmir ki, tam olaraq nə vaxta tikilib istifadəyə veriləcək, amma ilin axırına tikinti işlərinin bitməsi gözlənilir”.

Qeyd edək ki, müasir və qeyri-adi kitabxananın tikintisi üçün 0,9 ha torpaq sahəsi ayrılıb. Binanın ümumi sahəsi 38 000 kvadrat metr olacaq. Artıq binanın 4 mərtəbəsi tikilib. Binanın layihəçisi “Konstruktor”MMC, podratçısı  “Azəraqrartikinti” ASC-dir. 5 mərtəbəli kitabxananın  tikintisinə  2011-ci ilin oktyabr ayından başlanılıb.

Xatırladaq ki, prezident İlham Əliyev 2011-ci ilin mayın 20-də AMEA-ya Akademiyanın Mərkəzi Kitabxanasının yeni binasının tikintisinə başlamaq üçün 2 milyon manat vəsait ayırıb. 


Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi