Modern.az

İctimai Palata vahid namizədlə bağlı müzakirələri dayandırıb - AÇIQLAMA

İctimai Palata vahid namizədlə bağlı  müzakirələri dayandırıb - AÇIQLAMA

9 Yanvar 2013, 12:40

“İctimai Palatanın (İP) dağılacağı ilə bağlı müəyyən söz-söhbətlər olsa da, bu özünü doğrultmadı. İP bundan sonra öz fəaliyyətini davam etdirəcək”. Bunu Modern.az saytına açıqlamasında AXCP Ali Məclisinin sədri Həsən Kərimov Müsavat Partiyasının başqanı İsa Qəmbərin öz namizədliyini irəli sürməsindən sonra İctimai Palatanın perspektivi barədə yazılan şərhlərə münasibət bildirərkən deyib. Partiya rəsmisi onu da qeyd edibki, İsa Qəmbərin namizədliyini hörmətlə qarşılayırlar.
“İsa Qəmbər öz partiyasının namizədidir və biz bu qərara hörmət edirik. Amma İctimai Palatada hazırda vahid namizədlə prezident seçkisində iştirak etmək müzakirə olunmur. Həm İP-nin, həm də AXCP-nin seçkiöncəsi demokratik mühitin yaxşılaşdırılması, Seçki Məcəlləsinin dəyişdirilməsi, müxalifətin daha geniş inteqrasiyası ilə bağlı  birgə qərarı var. Bunlara nail olduqdan sonra vahid namizəd məsələsi həll olunmalıdır. Çünki təyin olunacaq namizəd bir çox birliyin, ziyalıların, QHT-lərin, müxalifət partiyalarının namizədi olmalıdır. Biz bütün fəaliyyətimizi bu istiqamətə yönəldirik”.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi