Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 10-da soyuq hava şəraitinin davam edəcəyi, arabir qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə və gündüz 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah arabir qar yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Hava şəraitinin qısa icmalı
Gözlənildiyi kimi Respublikanın şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişmiş, yanvarın 08-də axşam və 09-da gecə və səhər intensiv qar müşahidə olunub. Yanvarın 10-da hava şəraitinin daha da kəskinləşəcəyi, şaxtalı keçəcəyi, ölkə ərazisində qar yağacağı, bəzi rayonlarda intensivləşəcəyi, yolların buz bağlayacağı gözlənilir.
Modern.az