Modern.az

Razi Nurullayev əməliyyat olunub

Razi Nurullayev əməliyyat olunub

9 Yanvar 2013, 13:49

Yanvarın 5-də ağır yol qəzasına düşən AXCP sədrinin müavini Razi Nurullayev əməliyyat olunub. Bu barədə Modern.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, qol nahiyyəsindən əməliyyat olunan R.Nurullayev artıq reanimasiyaya yerləşdirilib.

Həkimlərin bildirdiyinə görə, cərrahiyyə əməliyyatı 3 saata yaxın davam edib və əməliyyat uğurla həyata keçirilib.

Qeyd edək ki, AXCP sədrinin müavini Razi Nurullayev yanvarın 5-də yol qəzasına düşüb. Belə ki, R. Nurullayevin idarə etdiyi avtomobil yük maşını ilə toqquşub. Hadisə baş verən zaman R. Nurullayevin həyat yoldaşı da avtomobildə olub. Qəza nəticəsində R. Nurullayev və həyat yoldaşı xəsarət alıblar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu