Modern.az

Obama İlham Əliyevə təşəkkür etdi

Obama İlham Əliyevə təşəkkür etdi

9 Yanvar 2013, 19:28

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama prezident İlham Əliyevə təşəkkür məktubu göndərib. Modern.az prezidentin rəsmi saytına istinadən bildirir ki, ABŞ prezidenti İlham Əliyevə ona ünvanladığı məktuba görə, minnətdarlığını bildirib.

“Hörmətli cənab Prezident,

 Göndərdiyiniz xoş təbrik məktubunuza görə Sizə minnətdarlığımı bildirirəm. Növbəti dörd il ərzində ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin davam etdirilməsini və daha da möhkəmləndirilməsini arzulayıram. Əminəm ki, birgə səylərimiz nəticəsində dünyanın bir çox yerində üzləşdiyimiz çağırışların öhdəsindən uğurla gələcəyik.

 Bir daha xoş sözlərinizə görə təşəkkür edirəm”.

Modern.az    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi