Saatlı şəhər bələdiyyəsinin əməkdaşı tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatda bildirilir ki, yanvarın 4-də İmişli rayonunda, özünü Heydər Nəsirov kimi təqdim edən şəxs Qızılkənd kənd sakini Rasim Salahova hədə-qorxu gələrək, ondan 400 manat alıb. İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Saatlı şəhər bələdiyyəsində vergi agenti işləyən Nəsir Nəsirov tutulub. Faktla bağlı araşdırma aparılır.