Modern.az

Sabahın hava PROQNOZU açıqlandı

Sabahın hava PROQNOZU açıqlandı

Təhsil

10 Yanvar 2013, 14:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, yanvarın 09-da axşama doğru yağıntı Respublikanın əksər rayonlarını əhatə edib, yanvarın 10-da hava şəraiti daha da kəskinləşyib, bəzi yerlərdə intensiv və güclü qar yağıbdır. Bakıda və Abşeron yarımadasında isə yanvarın 09-da axşam saat 18 radələrində yağıntı başlayıb, 21 radələrində sulu qara keçmiş, yanvarın 10-da gecə və səhər sulu qar, qar yağıbdır.

Ən çox düşən yağıntının miqdarı:

Sarıbaşda (Şəki) 23 mm, Gədəbəydə 22 mm, Göygöldə 20 mm, Şəkidə 19 mm, Zaqatala, Ağstafada 15 mm, Daşkəsəndə 12 mm, Qubada 11 mm, Kişçay (Şəki) 16 mm, Yevlaxda 10 mm, Oğuz, Qəbələdə 9 mm, Naxçıvan, Astarada 8 mm, Lənkəran, Altıağacda 7 mm, İsmayıllı, Şahbuz, Bərdə, Zərdab, Göytəpə, Yardımlıda 6 mm, Şərur, Gəncə, Şəmkir, Xaçmaz, İmişli, Kürdəmir, Tərtər, Salyan, Qazıməmməddə 5 mm, Lerikdə 4 mm, Naftalan, Tovuz, Beyləqan, Cəfərxanda 3 mm, Sabirabad, Şamaxıda 2 mm, Culfa, Ordubad, Biləsuvar, Rvarudda (Lerik) 1 mm, Mərəzədə 0.7 mm, Bakıda və Abşeron yarımadasında: Bakıda 8 mm, Neft daşlarında 7 mm, Binədə 5 mm, Pirallahı və Sumqayıtda 3 mm olmuşdur.

Qar örtüyünün hündürlüyü:

Sarıbaşda 62 sm, Zaqatalada 39 sm, İlisuda 34 sm, Gədəbəydə 26 mm, Göygöldə 24 sm, Daşkəsəndə 20 sm, Ceyrançöldə 12 sm, Altıağacda 10 sm, Şahbuzda 18 sm, Kişçayda 17 sm, Naxçıvanda 10 sm, Şəkidə 9 sm, Ağstafada 7 sm, Şərurda 6 sm, Rvarud və İsmayıllıda 5 sm, Qəbələdə 4 sm, Lerik, Kəlvəz və Oğuzda 2 sm, Gəncədə 1 sm təşkil etmişdir.

11 yanvarda gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında yanvarın 11-də səhər qarın tədricən kəsiləcəyi, güclü şimal-qərb küləyinin gündüz mülayimləşəcəyi gözlənilir.

Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında yanvarın 11-də səhər qərb, gündüz şərq rayonlarında qarın tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 9-14, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 11-də Abşeron yarımadasında soyuq diskomfort şəraitin davam etməsinə baxmayaraq oksigenlə daha zəngin və təmiz hava müşahidə olunacaq. Yanvarın 12-13-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi