Modern.az

Elçibəyin ailəsi Hafiz Hacıyevi məhkəməyə verir

Elçibəyin ailəsi Hafiz Hacıyevi məhkəməyə verir

10 Yanvar 2013, 15:08

Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin ailəsi mərhumun ölümü ilə bağlı açılan cinayət işinə görə, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevi məhkəməyə verəcək. Modern.az-ın məlumatına görə, bu barədə ANS-ə eks-prezidentin qardaşı Almurad Əliyev bildirib. Onun sözlərinə görə, Əbülfəz Elçibəyin ailəsi cinayət işinin tezliklə dayandırılmasını tələbə edərək Hafiz Hacıyevin məhkəmə qarşısında cavab verməsini istəyir.

Qeyd edək ki, Bakı şəhər prokurorluğu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında Əbülfəz Elçibəyin qəsdən zəhərlənməsinin araşdırılması məqsədilə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Modern.az

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi