Modern.az

Peşə təhsili üzrə qəbul planı ARTIRILIR

Peşə təhsili üzrə qəbul planı ARTIRILIR

Təhsil

14 Fevral 2022, 17:22

Yüksək texniki peşə təhsili üzrə kibertəhlükəsizlik ixtisasına qəbul planının artırılması nəzərdə tutulur.

 

Modern.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru müavini, direktor vəzifəsini müvafiq icra edən Ceyhun Kərəmov deyib.

 

O bildirib ki, hazırda bu ixtisas üzrə 20 tələbə təhsil alır.

 

"Qəbul planının artırılması üçün lazımi araşdırmalar aparılır, əmək bazarının tələbləri qiymətləndirilir. Digər tərəfdən peşə təhsilində İT, turizm, eyni zamanda kənd təsərrüfatı və xidmət sahələri üzrə ixtisaslar prioritet təşkil edir. Müraciət edənlərin təqribən 70-80 faizi 15-22 yaş aralığında olan şəxslərdir. Amma keçən il müraciətlərin 10 faizə yaxını 25-40 yaşında olanlar idi. Hazırda ən yaşlı tələbəmizin təxminən 50-yə yaxın yaşı var".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama