Modern.az

MİQ imtahanlarının vaxtı AÇIQLANDI

MİQ imtahanlarının vaxtı AÇIQLANDI

Təhsil

16 Fevral 2022, 11:51

“Bu il iyul ayında müəllimlərin işə qəbul imtahanları keçiriləcək".

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bu gün keçirilən onlayn brifinqdə məlumat verib.

 

O qeyd edib ki, imtahanların vaxtında hər hansı dəyişiklik nəzərdə tutulmur: 

 

"MİQ imtahanları iyul ayında başlayacaq, avqusta qədər davam edəcək. Bu il də işə qəbul zamanı təxminən eyni sayda vakant yerlər elan ediləcək. Bu məsələdə artım dinamikasının davam edəcəyini düşünürük. Ötən il müəllimlərin işə qəbulu müsabiqəsi üçün 8 minə yaxın vakansiya elan etmişdik. Amma daha sonra tədris ili ərzində əlavə 5 minə yaxın yer elan edildi".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama