Modern.az

“Freedom House” Azərbaycanı yenə “azad olmayan” ölkə adlandırdı

“Freedom House” Azərbaycanı yenə “azad olmayan” ölkə adlandırdı

15 Yanvar 2013, 17:23

Dünya ölkələrində demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsilə məşğul olan “Freedom House” təşkilatı «Dünyada azadlıqlar 2013: Tarazlıq şəraitində demokratiyanın mənimsənilməsi” adlı hesabatında yenidən Azərbaycanı “azad olmayan” ölkələr siyahısına salıb.

Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, hesabatda Azərbaycan, İran və Rusiya "azad olmayan" ölkələr sırasında yer alarkən Ermənistan, Gürcüstan və Türkiyə isə “qismən azad” ölkə olaraq göstərilib.

Hesabatda "ixtilaflı bəlgələt" hissəsinə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi də salınıb. Qondarma “Dağlı Qarabağ Respublikası” “qismən azad”  olaraq hesabatda qeyd olunub.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi