Modern.az

“Bundan sonra kadr hazırlığı prosesinə təkan veriləcək” - Təhsil naziri

“Bundan sonra kadr hazırlığı prosesinə təkan veriləcək” - Təhsil naziri

21 Fevral 2022, 21:33

"Azərbaycan-Gürcüstan birgə universitetinin yaradılması, ikili diplomların verilməsi və tanınması məsələsi iki ölkənin müvafiq qurumları arasında müzakirə olunur".

 

Modern.az xəbər verir ki, bu sözləri Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

 

Nazir qeyd edib ki, Gürcüstana səfəri zamanı azərbaycandilli məktəblər üçün kadr hazırlığı məsələsinə xüsusi diqqət ayrılıb.

 

“Düşünürəm ki, bundan sonra iki ölkə arasında ali məktəblərin əməkdaşlığı ilə kadr hazırlığı prosesinə təkan veriləcək. Bu məsələlər texniki müzakirələr tələb edir, veriləcək qərarlar daha düzgün olmalıdır”, - deyə Emin Əmrullayev bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur