Modern.az

Daha 1 məktəb əyani tədrisə qayıtdı

Daha 1 məktəb əyani tədrisə qayıtdı

Təhsil

22 Fevral 2022, 09:32

Paytaxtdakı 82 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

 

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama