Modern.az

Arif Vəliyev Statistika Komitəsində hesabat verdi

Arif Vəliyev Statistika Komitəsində hesabat verdi

18 Yanvar 2013, 11:42

Bu gün Statistika Komitəsində 2012-ci ilin 4-cü rübünün yekunlarına dair hesabat dinlənilib. Modern.az xəbər verir ki, Statistika Komitəsinin sədri Arif Vəliyev hesabatı təqdim edib.

Onun sözlərinə görə 2012-ci ilin 4-cü rübü ərzində ümumidaxili məhsul istehsalı 2.2 faiz və ya müqayisəli qiymətlərlə 1.1 milyard manat artaraq 54 milyard manata çatıb. Ümumdaxili məhsulun 50 faizi sənaye sahələrində, 5.2 kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 9.2 faiz tikinti kompleksində, 8.4 faiz ticarət və pullu xidmət sahələrində, 5.5 faizi nəqliyyatda, 1.7 faizi rabitədə, 13.8 faizi digər xidmətlər və sosial sahələrdə yaradılmış, 6.2 faizi məhsula və idxala xalis vergilərin payına düşür. Qeyri neft sektorunda ümumidaxili məhsul istehsalı 9.7 faiz artmış, neft qaz sektorunda isə 5 faiz azalıb.

Arif Vəliyev bildirib ki, ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqısı 2011-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 9,1 faiz manat təşkil edib: "İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əmək haqqısı daha yüksək olmuş və sənayedə 598 manat, tikinti kompleksində 574,3 manat, nəqliyyat işçilərinin əmək haqqısı 499,3 manat, informasiya və rabitə 620,7 manat təşkil edib".
 
Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!