"Bu il qəbul imtahanlarında istifadə olunacaq sualların məzmununda dəyişiklik olacaq".
Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dərslikdə olmayan suallara gəlincə, yalnız 44 günlük Vətən müharibəsi ilə bağlı tarixlər imtahana salınacaq:
"Məlumatların hər biri sayta yerləşdirilib. Ali məktəblərə qəbul proqramlarında məzmun xətti 11-ci sinfin standartlarına uyğun olaraq formalaşdırılıb. Nəzərə alsaq ki, bu il məktəblərdə tədris əyani formada olub. Ötən ilin oktyabr ayından həmin məzmunla bağlı məlumat yaymışıq", - deyə DİM sədri bildirib.