Modern.az

Bu müəllimlərin işə qəbul imtahanını DİM keçirəcək

Bu müəllimlərin işə qəbul imtahanını DİM keçirəcək

25 Fevral 2022, 15:46

Dövlət İmtahan Mərkəzinə (DİM) Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəblərinə müəllimlərin işə qəbulu imtahanlarının keçirməsi ilə bağlı müraciət daxil olub.

 

Modern.az xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

O qeyd edib ki, nazirlik DİM-ə bununla bağlı sifariş göndərib:

 

"İşçi qrupu yaradılıb, müzakirələr aparılır. Texniki tələblər göndərilib və tərəfimizdən layihə hazırlanır. Yekun razılaşmadan sonra müqavilə imzalanarsa, imtahanları keçirə bilərik".

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi