Modern.az

Müəllimlər razılaşma əsasında iş yerlərini dəyişə bilərlər - YENİLİK

Müəllimlər razılaşma əsasında iş yerlərini dəyişə bilərlər - YENİLİK

Təhsil

25 Fevral 2022, 16:40

İki fərqli məktəbdə çalışan müəllimlərin qarşılıqlı razılaşma əsasında iş yerlərini dəyişdirmələri mümkündür.

 

Modern.az xəbər verir ki, bu barədə APA-ya Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin tədris ili ərzində qarşılıqlı razılıq əsasında dəyişdirilməsi məsələsinə Nazirlik tərəfindən fərdi qaydada baxılır:

 

"Bu halda müəllimlərin diaqnostik qiymətləndirilmədə göstərdiyi nəticə, müəssisələrin yerləşdiyi rayon və şəhər, dərs yükünün həcmi və digər amillər nəzərə alınır. Bunun üçün hər iki tərəf razılaşdırdıqdan sonra ərizə ilə Təhsil Nazirliyinə müraciət etməlidir. Əlavə olaraq qeyd edək ki, bu prosesin gələcəkdə elektron platforma üzərindən həyata keçirilməsi nəzərdə tutulur" - açıqlama deyilir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama