Modern.az

Heydər Əliyev Fondu xarici ölkələrdə Xocalı soyqırımına aid 100-dən çox tədbirə dəstək verir

Heydər Əliyev Fondu xarici ölkələrdə Xocalı soyqırımına aid 100-dən çox tədbirə dəstək verir

Təhsil

25 Fevral 2010, 19:35

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü bu il dünyanın 100-dən artıq nöqtəsində qeyd olunur. Bu barədə Heydər Əliyev Fondundan verilən məlumatda bildirilib. Məlumata görə, soyqırıma həsr olunmuş silsilə tədbirlər Fondun təmin etdiyi təbliğat materialları əsasında həyata keçirilir. Həmin tədbirlərdə Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-şəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, Fondun ümumtəhsil məktəbləri və uşaq evlərində keçirdiyi “Xocalı uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsinin seçmələrindən ibarət ekspozisiyalar nümayiş olunur. Mərasimlərdə Fondun hazırladığı və beynəlxalq ictimaiyyətə ünvanlanmış “Qarabağ həqiqətləri” toplusunun və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı da yayılır. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən belə tədbirlərə müxtəlif qurumların, diplomatik korpusların nümayəndələri, xarici kütləvi informasiya vasitələrinin təmsilçiləri dəvət olunurlar.      

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?