Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, axşam havanın tutqun, gecəyə doğru bəzi yerlərdə az çiskinli olacağı gözlənilir. Arabir güclənən cənub-qərb, qərb küləyi gündüz mülayimləşəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-5, günün birinci yarısında 9-14, axşama doğru 5-7 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, lakin axşam yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyək isti, bəzi yerlərdə 4 dərəcəyədək şaxta, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
Modern.az