Modern.az

Bakıda yeni abidə - “Güllə yağışı” - FOTO

Bakıda yeni abidə - “Güllə yağışı” - FOTO

19 Yanvar 2013, 16:58

Bakıda 20 Yanvar faciəsi ilə bağlı yeni abidə ucaldılıb. Binəqədi Bakının Rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, bu gün Biləcəri qəsəbəsində yerləşən 20 Yanvar şəhidlərinin xatirəsinə salınmış parkın və “Güllə yağışı” abidəsinın açılışı olub.
Açılış mərasimində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik  sükutla yad edilib. Daha sonra C.Cabbarlı adına  İrəvan Dövlət Azərbaycan Dram Teatrı  20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış edib.
Tədbirdən sonra rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov 20 yanvar faciəsində şəhid və əlil olmuş şəxslərin ailələri ilə görüş keçirib. Görüşdən sonra 45 nəfər 20 Yanvar əlilinə və  18 şəhid ailəsinə maddi yardım və  ərzaq bağlamaları paylanıb.


 
Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi