“Xaricdə təhsil üzrə Dövlət proqramına əsasən, 5 il ərzində hər il təxminən 400, ümumilikdə 2000 Azərbaycan gəncinə xarici ölkələrin ən nüfuzlu ali məktəblərinin maliyyə dəstəyini vermək nəzərdə tutulur".
Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" ilə bağlı brifinqində deyib.
Nazir bildirib ki, ilk tələbələr bu il sentyabr ayı üçün maliyyələşdirilib, xaricə göndərilə bilər:
“Təxminən 30 marta qədər Təhsil Nazirliyi tərəfindən ilkin siyahılar ictimaiyyətə açıqlanacaq. Xüsusilə magistr təhsili almaq istəyən tələbələr yüksək reytinqli universitetlərdə təhsil almaq üçün müraciət edə bilərlər”.