Modern.az

“Müəllimlərin sayı artsa, maaş azala bilər” – Emin Əmrullayev

“Müəllimlərin sayı artsa, maaş azala bilər” – Emin Əmrullayev

Təhsil

1 Mart 2022, 15:39

"10-15 il əvvəl təhsildə buraxdığımız səhvlərin nəticələri ağır olur". 


Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" ilə bağlı brifinqində deyib. 

 

Nazir bildirib ki, işə götürülən müəllimlərin sayı süni şəkildə artırılsa, maaş azala bilər:

 

"Elə olub ki, məktəb direktoru 10-15 il bundan əvvəl 24 saat fizika dərsini 6 müəllim arasında bölüb. Bu zaman təbii ki, müəllimin maaşı aşağı olur. Bəzən deyirlər ki, filan yerdə müəllim işdən çıxıb, amma vakansiya yoxdur. Biz çalışırıq ki, müəllimlərin seçimi zamanı siniflərin sayına, dərs yükünün miqdarına görə bölgü aparaq.  Hazırda orta məktəblərdə şagird-müəllim nisbəti düzəlib.  

 

Məsələn, biz bu dəfə 6 min yox, 18 min müəllimi işə götürsək, yenə də 6 min müəllimin maaşı qədər maaş verəcəyik. Ona görə də, bununla bağlı ciddi dəyişikliklər hələlik çətindir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama