Modern.az

Qışda yaz havası - Azərbaycanda 18-20 dərəcə isti olacaq

Qışda yaz havası - Azərbaycanda 18-20 dərəcə isti olacaq

21 Yanvar 2013, 12:52

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. 
Havanın temperaturu gecə 3-5, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Yanvarın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, bəzi yerlərdə 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı

Yaxın 2-3 gün ərzində yanvar ayı üçün mülayim isti hava şəraitinin davam edəcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 22-dən 24-dək Abşeron yarımadasında mülayim isti hava şəraiti davam etsə də, arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissinə səbəb ola bilər.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı