Modern.az

Obama and içdi

Obama and içdi

Təhsil

21 Yanvar 2013, 22:38

ABŞ-da keçirilmiş seçkilərdə ikinci dəfə prezident seçilən Barak Obama bu gün yenidən and içib.  Yanvarın 21-də baş tutan mərasimdə çıxış edən Obama yüz minlərlə insanın qarşısında bildirib ki, Amerika bundan sonrda da dünyada demokratiyanı dəstəkləyəcək, azadlıqsevən qüvvələrin yanında olacaq. ABŞ prezidenti həmçinin Amerikanı bir millətdə, bir xalqda birləşməyə çağırıb. Andiçmə mərasimində 800 mindən çox insan iştirak edib.

Qeyd edək ki, ölkə qanunvericiliyə əsasən Barak Obama iki dəfə and içib. Ötən gün Barak Obama Ağ Evdə rəsmən and içərək, ikinci dönəm vəzifəsinə başlayıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı