Modern.az

Məktəblərə “8 Mart” XƏBƏRDARLIĞI

Məktəblərə “8 Mart” XƏBƏRDARLIĞI

Təhsil

4 Mart 2022, 11:35

Təhsil Nazirliyi yanında İctimai Şura 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ictimaiyyətə çağırış edib.

 

Modern.az xəbər verir ki, müraciətdə məktəblərdə şagird və valideynlərdən hər hansı bir vəsaitin toplanmasının yolverilməz olduğu qeyd edilir.

 

Bildirilir ki, bayramla bağlı xoşagəlməz halların qarşısını almaq üçün bu prosesə cəmiyyət olaraq hər kəs nəzarət etməlidir:

 

"Belə hallarla qarşılaşanlar [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər. Unutmayaq ki, müəllimə hörmət valideynin öz övladının təlim-tərbiyə prosesinə həssas yanaşması, bu prosesdə onu hərtərəfli dəstəkləməsidir".

 

Turqay Musayev

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...