Modern.az

Bu məktəblərdə 7 mart dərs günüdür

Bu məktəblərdə 7 mart dərs günüdür

Təhsil

4 Mart 2022, 12:49

Altı günlük iş həftəsi olan təhsil müəssisələrində isə 5 mart iş gününə təsadüf etdiyindən növbəti həftənin bazar ertəsi – martın 7-si iş günü hesab edilir.

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Nazirlər Kabinetinin 3 mart 2022-ci il tarixli, 69 nömrəli Qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib:

 

"Bununla əlaqədar beş günlük iş həftəsi olan təhsil müəssisələrində 5 mart iş günü, 7 mart isə qeyri-iş günü hesab edilir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...