Modern.az

Nazirlik: “Mərc oyunları gəlir vergisindən azad olunacaq” - AÇIQLAMA

Nazirlik: “Mərc oyunları  gəlir vergisindən azad olunacaq” - AÇIQLAMA

22 Yanvar 2013, 15:08

“İdman və mərc oyunlarında iştirak edənlərin əldə etdikləri qazanc gəlir vergisindən azad olunacaq”. Bu barədə Modern.az-a Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayev deyib. O, bildirib ki, bu sahə Azərbaycanın biznes sferasına daxil olmuş yeni fəaliyyət növü olduğundan Nazirlər Kabinetinin qərarı ilə xüsusi qaydalarla Vergi Məcəlləsinə daxil edilib. İdman və mərc oyunlarında iştirak edənlərin əldə etdikləri qazanc gəlir vergisindən azad ediləcək.

Vergilər Məcəlləsinə edilən dəyişikliklərdən biri də ödənişli təhsil xidmətlərinin göstərilməsində ƏDV-nin ləğvidir.  İdarə rəisi onu da bildirib ki, Vergi Məcəlləsində sığorta agentliklərinin və sığorta brokerlərinin xidmətləri maliyyə xidmətlərinə daxil edilib və bundan sonra həmin xidmətlər maliyyə xidmətlərinin tərkib hissəsi kimi ƏDV-dən azad olunacaqlar.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi