Modern.az

Ali məktəb və kolleclərə ərizə qəbulu başa çatdı

Ali məktəb və kolleclərə ərizə qəbulu başa çatdı

Təhsil

18 Mart 2022, 11:02

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.

 

Modern.az-ın məlumatına görə, 96 629 abituriyent öz ərizəsini təsdiqləyib.

 

Ərizəsini təsdiq edənlərdən 88 123 nəfəri Azərbaycan, 8 148 nəfəri rus bölməsi üzrə oxuyan abituriyentlərdir.

 

Belə ki, I ixtisas qrupu üzrə 32 156, II ixtisas qrupu üzrə 20 067, III ixtisas qrupu üzrə 21 200, IV ixtisas qrupu üzrə 5 217 nəfər, V ixtisas qrupu üzrə 69 554 qeydiyyatdan keçib.

 

Bundan əlavə, 74 146 nəfər kolleclərə (11 illik) keçiriləcək qəbul imtahanı üçün ərizəsini təsdiq edib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama