Modern.az

Məktəbli formasına hicab da daxil edilməlidir - EKSPERT

Məktəbli formasına hicab da daxil edilməlidir - EKSPERT

Təhsil

18 Mart 2022, 14:33

Nazirlər Kabineti tərəfindən dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri təsdiq edilib.

 

Modern.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov qızlar üçün geyim formasına şalvarın daxil edilməsini müsbət qiymətləndirib.

 

Bununla belə formaya hicabın da daxil edilməli olduğunu vurğulayıb:

 

"İlk dəfə olaraq ayrıca qış geyim forması və xüsusilə qız şagirdlər üçün qış aylarında şalvar müəyyən edilib ki, bu çox yaxşıdır. Amma şalvar müəyyən edildiyi halda, baş örtüyü (hicab) qeyd olunmayıb. Yaxşı olardı ki, məktəb formalarının ümumi dizaynına uyğunlaşdırılmış baş örtüyü də müəyyənləşərdi".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama