Modern.az

Ukraynadan gələn şagirdlər məktəbə getmək üçün müraciət edib

Ukraynadan gələn şagirdlər məktəbə getmək üçün müraciət edib

Təhsil

18 Mart 2022, 15:32

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Ukraynadan təxliyə olunan azərbaycanlı şagirdlərin tədrisə cəlb edilməsi məsələsinə aydınlıq gətirib.

 

Modern.az-ın məlumatına görə, BŞTİ müdiri Mehriban Vəliyeva mətbuata açıqlamasında bildirib ki, idarəyə bununla bağlı müraciətlər daxil olub.

 

Onun sözlərinə görə, Ukraynadan Azərbaycana təxliyə olunan şagirdlərin məktəbə qəbul olunmasında heç bir problem yaşanmır. M.Vəliyeva onu da deyib ki, müraciətlər olduqca şagirdlərin məktəblərə yerləşdirilməsi prosesi davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama