Modern.az

Şagirdlərin elektron yerdəyişməsi davam edir

Şagirdlərin elektron yerdəyişməsi davam edir

19 Mart 2022, 11:14

Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların və I-X siniflərdə təhsil alan şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.

 

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

 

Qeyd edək ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi aktiv edilməyib. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddətin qaldığı nəzərə alınaraq martın 15-də IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal