Yanvarın 23-dən başlayaraq İsmayıllıda keçirilən etiraz aksiyalarında saxlanılan sakinlərlə bağlı rəsmi açıqlama veriləcək. Bu barədə Modern.az-a İsmayıllı rayon Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, aksiyalar zamanı neçə nəfərin tutulması və cərimələnərk sərbəst buraxılması haqda yaxın günlərdə rəsmi qurumlar tərəfindən açıqlama veriləcək.
Narazı sakinlərin əksəriyyəti cərimələnərək sərbəst buraxılıblar.Qeyd edək ki, sakinlərin sözlərinə görə, saxlanılan şəxslərin bəziləri haqda cinayət işi açılıb. Həbs olunanlardan bir qrup İsmayıllı təcridxanasında, digərləri isə Şamaxı, Göyçay və paytaxta etap olunublar.
Xatırladaq ki, yanvarın 23-dən başlayaraq İsmayıllıda etiraz askiyası keçirilib. Rayon icra başçısının istefa tələbi ilə başlanan aksiyalarda hələlik rəsmi sayı açıqlanmasa da, 30-dan çox sakinin həbsdə saxlanıldığı bildirilir. Aksiyalar zamanı 10-dan çox insanın yaralandığı qeyd olunur.
Anar RÜSTƏMOV